Ölkə futbolu

“Xəzər Lənkəran” ”Rəvan”la qarşılaşmaya hazırlığı davam etdirir

Bazar günü Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Rəvan”ı qəbul edəcək "Xəzər Lənkəran" Lənkərandakı bazasında hazırlığını davam etdirir. Dünən qar yağması səbəbindən məşqini qapalı süni örtüklü meydanda keçirən “ağ-yaşıllar” bu gün ehtiyat meydanda məşqə çıxıb.

Saat 11:30-da başlayan hazırlıq əsasən taktiki çalışmalardan ibarət olub və bütün futbolçular məşqdə istirak ediblər. Sabah oyunöncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran” matç saatını gözləyəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Rəvan” matçı saat 16:00-da start götürəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43