Kateqoriyasız

“Xəzər Lənkəran” Ruslan Abışovla müqavilə bağlayır: son 24 saat

“Xəzər Lənkəran”ın Ruslan Abışovu heyətinə qatmaq istəməsi ilə bağlı xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran klubu “Qəbələ”dən ayrılan sabiq futbolçusu ilə ilkin razılıq əldə edib. Sabah tərəflər arasında müqavilə imzalanması gözlənilir. Abışov  cənub təmsilçisis ilə “Qəbələ”də qazanacağı məvacibdən aşağı bir məbləğə razı olub.

Qeyd edək ki, Ruslan Abışovla “Neftçi”nin də maraqlandığı iddia olunurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43