Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçuları tibbi yoxlamadan keçdi

Bu gün Bakıda toplanan “Xəzər Lənkəran” futbolçuları komandanın həkim heyətinin nəzarəti altında tibbi yoxlamadan keçiblər. 

İdmanxeber,com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu axşamdan isə futbolçular fiziki hazırlıq testləri verəcəklər. Fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorrenin rəhbərliyi altında keçən proses futbolçuların toplanışdan öncə fiziki durumlarını müəyyənləşdirəcək.

 Qeyd edək ki, komandanın təlim-məşq toplanışı üçün Türkiyənin Nevşehir şəhərinə yollanması 28 iyun səhər saatlarına nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43