Kateqoriyasız

“Xəzər Lənkəran”ın toplanışında hazırda 17 futbolçu iştirak edir

Yeni mövsümün hazırlığı üçün qardaş ölkə Türkiyəyə yola düşən “Xəzər Lənkəran” artıq seçdiyi məkandadır. 

İdmanxeber.com-un Lənkəran klubunun rəsmi saytına isatinadən verdiyi məlumata görə, dünəndən etibarən komanda Nevsehir bölgəsində məskunlaşıb və axşam saatlarında yol yorğunluğu nəzərə alınaraq 45 dəqiqəlik yüngül məşqlə günü tamamlayıb.

Bu gün isə Bakı vaxtı ilə saat 13:00-da “Xəzər Lənkəran” səhər məşqini keçirərək fiziki çalışmaları yerinə yetirib. Axşam daha bir məşq keçirəcək komandanın toplanışında hazırda 17 futbolçu iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43