Ölkə futbolu

“Xəzər Lənkəran”la oyunöncəsi ciddi problem

Həftəsonu Premyer Liqanın 15-ci turu çərçivəsində AZAL səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq.

Matç öncəsi “təyyarəçilər”in vəziyyəti ürəkaçan deyil.

Belə ki, zədəli olan Orxan Həsənov, Murad Ağayev və Xuan Fransisko “Xəzər Lənkəran”a qarşı çıxış etməyəcək. Cəzalı olan Viktor İqbekoyi də bu oyunda oynamayacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL matçı noyabrın 30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43