Dünya futbolu

Xudiyev Avroliqanın oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, “Astana Arena”da keçiriləcək “Astana” – “Dinamo” (Kiyev) oyununun hakim-inspektoru olacaq. Görüş noyabrın 29-da olacaq.

Qeyd edək ki, “Astana”da milli komandamızın üzvü, “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43