İdman

Yakub Jezniçakdan Ndlovuya: Bu oğlan qol vuracaq…

Sosiyal şəbəkələrdə tez-tez maraqlı şəkillər paylaşan “Qarabağ”ın futbolçusu Yakub Jezniçak Londodan da boş oturmur.
İdmanxeber.com-un məlumatına görə, polşalı müdafiəçi  Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçirəcəkləri oyundan öncə komanda yoldaşları Maksim Medvedev və Dino Ndlovu ilə birlikdə kafelərin birində çəkdirdiyi şəkli izləyicilərinə təqdim edib. . O, fotonun altında yazdığı şərhlə Ndlovuya dəstək olub. Jezniçak CAR-dan olan hücumçunun “Çelsi” ilə səfər matçında qol vuracağına inandığını bildirib: “Mənim fikrimcə bu oğlan axşam qol vuracaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43