“Bayrağımızın yandırılması xəbərini eşidəndən çox narahat olmuşam. Ermənistan kimi ölkədə beynəlxalq yarışları keçirmək düzgün deyil. Beynəlxalq Ağır Atletika Federasiya idmançıların təhlükəsizliyinə təminat verir. Hansı ölkədə keçirilməsindən asılı olmayaraq. Burada isə müəyyən çatışmazlıqlar hiss olunur”.
Bu sözləri idmanxeber.az saytına ağır atletika üzrə Avropa və dünya çempionatlarının bürünc medalçısı Asif Məlikov idmançılarımızın Ermənistanda yaşdıqları hadisəyə münasibət bildirərkən deyib. O, daha sonra belə davam edib:
“Hətta özünüz də gördünüz, bayrağımızı yandıran şərəfsiz polis bölməsinə aparılsa da, bir-iki saat sonra sərbəst buraxılıb. Özü də alqışlarla qarşılandı. Bundan sonra isə bizim federasiya nümayəndələri yarışdan çəkilməyə qərar veriblər.
Əgər yarışda işitrak etsəydik belə orada medal qazanma ehtimalımız yarı-yarıya idi. Kiminsə medal qazanma ehtimalı yüz faiz deyildi. Elə ən yaxşısı təpki göstərib, yarışdan çəkliməkdi. Bununla da onlara yaxşı bir dərs verilmiş olsun. Yarışdan imtina etmək mənə görə ən gözəl variant idi”.
Xəyal Hüseynov

