Ölkə futbolu

Yerli ulduzlar imza paylayacaq

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza gününün  qonaqları bəlli olub.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, dekabrın 26-da saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin imza günü təşkil olunacaq. Bir gün sonra eyni saatda isə yığmamızın və “Qarabağ”ın hücumçusu  Mahir Mədətovun muzeydə imza günü keçiriləcək.

Muzey ziyarətçiləri imza günündə futbolçularlala yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43