01 İyul 2026
Ölkə futbolu

Yevlax stadionu üçün qərar həftəsi – SON DURUM/VİDEO 

Premyer Liqada çıxış edəcək “Karvan” klubunun ev oyunlarını keçirəcəyi Yevlax şəhər stadionunda çalışmalar yekunlaşmaq üzrədir. Bölgə təmsilçisinin qısa vaxta Şamaxını tərk edəcəyi gözlənilir.

Artıq meydançada aparılan işlər başa çatıb. Süni örtük salınıb və digər problemlər aradan qaldırılıb. Stadionun Premyer Liqa səviyyəsində olub -olmamasını yoxlamaq üçün yaxın günlərdə PFL əməkdaşları Yevlax rayonuna səfər edəcək.

Yoxlanışın bu həftə ərzində baş tutması gözlənilir. Yalnız bundan sonra “Karvan Yevlax”ın ev oyunlarını doğma meydanda nə zaman keçirəcəyi dəqiqləşəcək. 

Xatırladaq ki, bölgə təmsilçisi bu tur “İmişli” ilə ev oyununu Şamaxıda keçirəcək.

İdmanxeber.az 

Yevlax şəhər stadionunun son durumu:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43