Kateqoriyasız

Musa Qurbanlı dubl etdi, yığmamız Estoniyaya qalib gəldi – YENİLƏNİB

Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda Estoniyanın qonağı olub.

Parnu şəhərindəki “Parnu Rannastadion” stadionunda oynanılan qarşılaşma millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Azərbaycan yığması A qrupunda 8 turdan sonra 7 xalla 5-cidir. Estoniya isə 9 qarşılaşmanın hamısında məğlub olub və sonuncu – 6-cıdır.

Avro-2023, seçmə mərhələ

20:00. Estoniya – Azərbaycan – 0:5 

Qollar: Musa Qurbanlı, 3, 33, Rüstəm Abdullazadə, 49-pen. Ceyhun Nuriyev, 50, İsmayıl Zülfüqarlı, 84

Baş hakim: Robert İan Jenkins (Uels)

Parnu. “Parnu Rannastaadion”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43