Kateqoriyasız

“Azərbaycanın baş məşqçisi oyundan əvvəl də çox danışırdı”

“Azərbaycanın baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb çox iş görürük. Bu barədə əlavə deyəcəyim heç nə yoxdur”.

İdmanxeber.az-ın məlumatına görə, bunları Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında Canni De Byazinin “şans amili də öz rolunu oynadı” ifadəsinə münasibət bildirərkən deyib.

45 yaşlı mütəxəssis ikinci yarıda yaxşı çıxış etdiklərini söyləyib.

“İlk 25 dəqiqədə yaxşı çıxış etdik. Sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı”, – o vurğulayıb.

Rusiyalı baş məşqçi oyunun məzmunundan tam razı qalmadığını əlavə edib (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43