Dünyadan

“Yuventus” üçün ciddi itki

İtaliyanın “Yuventus” klubunun qocalmaq bilməyən futbolçusu Andrea Pirli zədələnib.

Çempionlar Liqasında “Qalatasaray”la çətin səfər matçına çıxacaq “qoca sinyora”nın aparıcı üzvü sağ dizindən zədə alıb və onun 2 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Qeyd edək ki, “Qalatasaray” – “Yuventus” matçı dekabrın 10-u baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43