İdman

“Yuventus” və “Lester” növbəti mərhələdə

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində bu gün daha iki görüş keçiriləcək.

İtaliya çempionu "Yuventus" öz meydanında "Portu"nu qəbul edəcək. İlk matçda portuqallara iki cavabsız qolla qalib gələn "Yuve"nin öz meydanında da azarkeşlərini sevindirəcəyi gözlənilir.

Günün digər matçında isə son İngiltərə çempionu "Lester" "Sevilya" ilə münasibətlərə aydınlıq gətirəcək. İspaniyada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazandığından oyuna maraq olduqca böyükdü və hər iki komandanın şansları bərabər qiymətləndirilir.

14 mart

Çempionlar Liqası  

1/8 final mərhələsi, cavab oyunları

23:45. “Yuventus” (İtaliya) – “Portu” (Portuqaliya) 1:0

İlk oyun – 2:0

23:45. “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0

İlk oyun – 1:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43