03 İyul 2026
Dünya futbolu

“Yuventus” Vlahoviçlə yollarını ayıra bilər

“Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviç yanvar ayında Turin klubundan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı forvardla “Mançester Yunayted” və “Barselona” maraqlanır. Hər iki klub qış transfer pəncərəsində oyunçunu heyətinə qatmağı planlaşdırır.

Vlahoviçin transfer dəyəri hazırda 35 milyon avro olaraq qiymətləndirilir. O, bu mövsüm meydana çıxdığı 7 oyunda 6 qol vurub və 1 asist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43