“Yuventus” futbolçuların agentlərinin iştirakı ilə maliyyə fırıldaqlarında şübhəli bilinir.
İdmanxeber.az-ın məlumatına görə, oyunçuların transferində heç bir rolu olmayan bəzi agentlərə hələ də komissiya ödənildiyi əməliyyatlar üçün bir sıra fakturalar aşkar edilib. İtaliya Agentlik Komissiyasının katibliyi buna görə də “qoca sinyora” ilə bağlı araşdırmaya başlayıb.

