21 İyun 2026
Ölkə futbolu

“Zirə” sabiq məşqçisi ilə anlaşdı

“Zirə” yeni məşqçi ilə anlaşıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Borçe Xristovla 2 illik müqavilə bağlayıb.

Şimali Makedoniyalı çalışdırıcı əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, Borçe Xristov 2020-ci ildə də “Zirə”də işləyib. O, U-21 millimizdə Rəşad Sadıqovun köməkçisi kimi, eləcə də “Qarabağ”da çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43