“Zirə” komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanır.
İdmanxeber.az-ın məlumata görə, qəsəbə təmsilçisi hazırlıq prosesində Boluda məskunlaşacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv burada üç yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, “Zirə” Bakıdakı yoxlama görüşündə “Kəpəz”ə qalib gəlib – 2:1.




