“Zirə”nin hücumçusu Nelson Bonilla “Qəbələ” ilə kubok matçından sonra İdmanxeber.com-a müsahibə verib:
– Komandanın yeganə qoluna imza atdın. Ancaq bunun heç bir faydası olmadı…
Hər iki komanda iki cəbhədə mübarizə aparır. Həm “Qəbələ”, həm də biz kubok və çempionatda mübarizəni davam etdirmək istəyirik. Bu iki komanda arasında büdcə fərqi də var. Düşünürəm ki, məğlubiyyətə əsas səbəblərdən biri “Qəbələ”nin heyətində daha çox keyfiyyətli futbolçuların olmasıdı. Rəqibimizin heyəti də genişdi.
– Ancaq futbolda hər şeyi pul həll etmir…
Burda sırf puldan söhbət eləmirəm. Bizim komandanın heyəti onların heyətindən fərqlidi. Biz daha kiçik klubuq, ancaq onlar… Bütün bunlara baxmayaraq bu vəziyyətdə belə komandalarla ayaqlaşa biliriksə, iki cəbhədə də mübarizə aparırıqsa bu bizim bacarığımızdı.
– Sən əvəzləndikdən sonra komanda sanki “yatdı”. Sənin meydandan çıxmağın komandanın məğlubiyyətinə səbəb oldu. Necə düşünürsən meydanda qalsaydın nəticə fərqli olardı?
Mən belə deməzdim ki, komandanın oyunu sırf mənim üzərimdə qurulur. Düşünmürəm ki, komanda yoldaşlarım sırf mənə görə qaçırlar, oyunu mənim üzərimdə qururlar.
– Kubokda növbəti mərhələ şanslarınızı necə dəyərləndirirsən?
Futboldu, hər şey baş verə bilər. Əgər səfərdə də mübarizə aparsaq nəticə qazana bilərik. Hər iki cəbhədə mübarizə aparırıq, məqsədlərimiz bəllidi.
– Bu tur “Qarabağ”la çətin səfər matçınız var. Məğlub olsanız çempionluğun əldən getdiyini düşünmək olar?
Bizim məqsədimiz heç vaxt çempionluq olmayıb. Bizim qarşımıza müəyyən məqsədlər qoyulmuşdu. Ancaq çempionluq məqsədi qoyulmamışdı. Çempionatı 2-ci və ya 3-cü yerdə də bitirsək yaxşı nəticə hesab etmək olar.

