06 İyun 2026
Ölkə futbolu

Zubir üçün əlamətdar qol

Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub.

Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Qeyd edək ki, Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43