Bu gün milli komandamız DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində doğma azarkeşlər önündə Şimali İrlandiya yığmasını qəbul edəcək.
F qrupunda qərarlaşan millimiz seçmə mərhələdə 9-cu oyununu keçirəcək.
İlk oyunda səfərdən 1:1 hesablı bərabərliklə ilə ayrılan millimizin bu oyunda qalib gəlmək üçün çalışacağı şübhəsizdir. Şanslarımız azdır, amma qələbə qazansaq qrup sonunculuğundan qurtula bilərik.
Maçt saat 21:00-da başlayacaq.
Qeyd edək ki, yığmamız indiyədək keçirdiyi 8 oyundan 5 xal toplayıb və qrup sonuncusudur. Şimali İrlandiya isə 6 xalla 4-cü pillədə qərarlaşıb.
F qrupu
"DÇ-2014"ün seçmə mərhələsinin oyunları
21:00. Azərbaycan – Şimali İrlandiya 2:0
QOLL: Rüfət Dadaşov, 58, Mahir Şükürov 90+
Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).