Türkiyənin “Qalatasaray” klubu bir futbolçu ilə razılığa gəlib.
Bu İngiltərənin “Souzhempton” klubunda çıxış edən Qaston Ramiresdi.
“Cim-Bom”un prezidenti Ünal Aysal “Sabah” qəzetinə açıqlamasında bu xəbəri təsdiqləyib. Təzminat qiyməti 10 milyon avro olan futbolçunun komandaya gətirilməsi üçün nə qədər məbləğ ödəniləcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, Ramires Uruqvay millisinin də üzvüdür.