"Barselona" klubunun "Çelsi"nin müdafiəçisi David Luizin transferi ilə bağlı danışıqları davam edir.
Britaniya mətbuatının yaydığı xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Lakin maliyyə məsələrində komandalar anlaşa bilmirlər. "Çelsi" "Barselona"dan 30 milyon avro tələb edir. Katalon klubunun mövsümün sonunda Luiz üçün bu məbləği ödəyəcəyi gözlənilir.