“Qarabağ”ı təbrik edirəm. Bu oyuna görə komandama da təşəkkürümü bildirdim. “Qarabağ” kimi komndalarla oyunda xırda səhv baha başa oturur. İki səhv etdik və uduzduq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.
Çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:
“Əgər belə komandalarla oyunda biran diqqətsiz davransan səni cəzalandırarlar. Təəssüf ki, müdafiəçilərimizin ani diqqətsizliyi məğlub olmağımıza səbəb oldu”.