FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, yeni reytinqə əsasən milli komandamız 1 pillə irəliləyib. Belə ki, ötən ayın 90-cı pillədə olan millimiz 1 pillə irəliləyərək 388 xalla 89-cu yerdə qərarlaşıb. Komandamız son bir ayda heç bir oyuna çıxmasa da, Afrika Millətlər Kuoboku və bəzi yoldaşlıq oyunları millimizin də reytinqinə təsir edib.
Yığmamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla 3-cü, Şimali İrlandiya 772 xalla 34-cü, Çexiya 669 xalla 45-ci, Norveç 4261 xalla 81-ci, San Marino isə 17 xalla 202-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıda ilk “5-liy”də aşağıdakı komandalar qərarıaşıb:
1. Argentina – 1635
2. Braziliya – 1529
3. Almaniya – 1433
4. Çili – 1386
5. Belçika – 1371