Almaniyanın “Bayer” klubu heyətinə yeni oyunçu cəlb edib.
İdmanxeber.com-un məlumatına görə, Lekerkuzen təmsilçisi Dortmund “Borussiya”sının futbolçusu Sven Benderi transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, almaniyalı futbolçu 2009-cu ildən “Borussiya”da çıxış edirdi.