“Bavariya”nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
İdmanxeber.com-un məlumatına görə, “Kicker” nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb. Anketdə 192 səslə “Real”dan Toni Kroos 2-ci, 120 səs yığan “Borussiya”nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.
İlin ən yaxşı baş məşqçisi “Hoffenhaym”ın gənc çalışdırıcısı Yulian Naqelsman oldu. Naqelsmann bu gün 30 yaşını qeyd edir.
Qadınlarda isə ən yaxşı adına “Lion”da çıxış edən Cenifer Marozsan olub.