İdman

“Sumqayıt”ın “Sivasspor”a 4 qolla uduzduğu oyun – VİDEO

Növbəti mövsümə hazırlaşan “Sumqayıt” hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxıb.
Samir Abasovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi “Sivasspor”la üz-üzə gəlib. Bolu “Thermal Hoteli”nin stadionunda keçirilən qarşılaşma təmsilçimizin böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4. 
1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü Türkiyə 1-ci liqasını lider olaraq tamamlayıb və Super Liqaya yüksəlib.
“Sumqayıt” (Azərbaycan) – “Sivasspor” (Türkiyə) – 0:4
Qollar: 
Leandrinyo, 12, Kalip Güzel, 50, Arslan, 71, Mutlu, 84


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43