"İnter"in hücumçusu Rauf Əliyevin komandadan ayrılacağı və karyerasını Avropada davam etdirəcəyi ilə bağlı xəbər vermişdik.
İdmanxeber.com-un əməkdaşı ilə söhbətində 28 yaşlı hücumçu son Albaniya çempionu "Kukesi"yə keçidi ilə bağlı danışıb. Forvard məsələnin yaxın 2-3 gün ərzində rəsmiləşəcəyini bildirdi: "Hazırda nə deyəcəyimi bilmirəm. Çünki heçnə rəsmi deyil. İnşallah, 2-3 gün ərzində Albaniyaya yola düşəcəm. Həmin vaxt dəyişikliklər olacaq".
Maraq üçün bildirək ki, "Kukesi" bu mövsüm Çempionlar Liqasında "Qarabağ"ın üstələdiyi "Şerif"ə məğlub olaraq Avropa macərasını başa vurub.