“Qəbələ”nin futbolçusu Araz Abdullayev Kiprin “Anortosis” klubuna transfer olunmaq üzrədir.
İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu gün Famaqusta təmsilçisində tibbi müayinədən keçəcək. Onun “Anartosis”lə 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində “Qəbələ”yə keçib.