Asiya Çempionlar Liqasında bu gün ilk mərhələnin oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, Cənubi Azərbaycanın “Traktor Sazi” komandası ilk sınağını öz meydanında Səudiyyə Ərəbistanının “Əl Əhli” komandası önündə verəcək.
Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, “Traktor Sazi”nin baş məşqçisi türkiyəli mütəxəssis Ərtoğrul Sağlamdı.