“Kopenhagen”lə matçın final fitinə qədər oyunun içində idim. Paltardəyişmə otağına gedəndə insanların reaksiyasını gördüm. Bu uğuru Azərbaycanda təmtəraqla qeyd etdilər. İnsanlar həmin gecə yatmaq istəmirdilər. Çünki bizim bu nailiyyətimizi bayram edirdilər. Bakıda bunları görəndə özümü vurmağa başladım ki, ayıl, tarix yazmışıq. Əksər insanlar Azərbaycan barədə məlumatlı olmasalar da, həmin uğurdan sonra Kopenhagendən qayıdanda hava limanında bizi qarşılamaları məni heyrətləndirdi. Xeyli sayda adam bizi qarşılamağa gəlmişdi. Bu, karyeramın ən yaxşı anlarından biri idi”.
İdmanxeber.com-un məlumatına örə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu deyib.
“Bir məqam oldu ki, karyeramla bağlı verdiyim qərarlardan ailəm əziyyət çəkdi. Həmin vaxt güzgünün qarşısında dayanıb özümə sual verdim: karyeramı davam etdirmək baxımından düzgün addım atıram? Bu, futbolçu həyatımda həlledici rol oynadı və Avropaya getməyi qərara aldım. Həmin andan həyat mənim üçün çiçəkləndi”.