İtaliya Futbol Federasiyası “Parma” klubunu cəzalandırıb.
İdmanxeber.com-un məlumatına görə, yeni mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanan klub mövsümə -5 xalla başlayacaq. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
“Parma” İtaliyada danışılmış oyunlarda iştirak etməkdə ittiham olunur. Kluba cəza da bu üzdən verilib.