Ayaz yenidən “Spartak”a qayıda bilər.
Rusiya mətbuatında yer alan xəbərlərə görə, “Spartak” klubu öz yetirməsi olan Ayaz Quliyevi yenidən heyətinə cəlb etmək istəyir. Bunun üçün Moskva təmsilçisi “Rostov” klubuna 1 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, Ayaz Qulyiev bu il “Spartak”dan “Rostov”a keçib. O, eyni zamanda Rusiya U-21 millisinin də üzvüdür.