“Əlbəttə, qol vurmaq həmişə futbolçuya zövq verir. Lakin qalib gələ bilməyimiz daha vacibdir”.
İdmanxeber. az-ın məlumatına görə, bu sözləri “Səbail”in futbolçusu Ağabala Ramazanov Topaz Premyer Liqanın 22-ci turunda səfərdə “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
Klubun rəsmi saytına danışan 26 yaşlı hücumçu daha sonra bildirib: “Bu cür qələbələr komandaya əlavə inam hissi verir. Turnirin yekun hissəsi yaxınlaşır və bu, 4-cü dövrəyə uğurlu başlamaq üçün yaxşı bir fürsət oldu!”.
Qeyd edək ki, Ağabala Ramazanov “Zirə” ilə görüşün 41-ci dəqiqəsində fərqlənib.