Kateqoriyasız

Qurban Qurbanov şahmatçı qızlara forma hədiyyə etdi – Foto

Azərbaycanın qadınlardan ibarət şahmat millisinin üzvlərinə “Qarabağ”ın forması hədiyyə olunub.

Millinin üzvləri –Türkan Məmmədyarova, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və kapitan Zeynəb Məmmədyarova Ağdam klubu ilə forması ilə şəkil çəkdiriblər.

Qeyd edək ki, bir müddət əvvəl İdman Araşdırmalar Mərkəzinin tədbirində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şahmatçı qızlara komandasının formasını hədiyyə edəcəyini deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43