Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan liqalar davam etdirilməsə avrokuboklarda iştirak edəcək komandalar UEFA reytinqindəki nəticələrə əsasən iştirak edub-etməyəcəyi müəyyənləşə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə UEFA-nın dünən keçirilən videokonfransında müzakirə aparılıb. Hər ölkədən avrokuboklarda iştirakçı sayına uyğun olaraq reytinqdə daha öndə qərarlaşan klublar çıxış etmək hüququ qazanacaq.
Əgər ali futbol qurumu belə qərar qəbul etsə o zaman ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların kimliyi də bəllidi.
Çempionlar Liqasında mübarizə aparmaq hüququ “Qarabağ”a veriləcək. 21,000 xalla 72-ci sırada qərarlaşan Ağdam klubu qitənin ən nüfuzlu futbol yarışında oynayacaq.
Avropa Liqasında ilk yer “Qəbələ”nin olacaq. Əyalət təmsilçisi mövcud turnir cədvəlində sonuncu olsa da, UEFA sıralamasında ikinvi Azərbaycan klubudu. “Qırmızı-qaralar” 7,500 xalla 148-ci sırada qərarlaşıb.
Avropa Liqasına digər iki vəsiqəni isə “Neftçi” və “Səbail” əldə edəcək. Düzdü, “Keşlə”, “Zirə” və “Kəpəz”in də eyni – 3,750 xalı var. Ancaq bu zaman son mövsümün nəticələri əsas götürüləcəyindən