“Milan”ın qapıçısı Asmir Beqoviç DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə matçda inamlı çıxışı ilə seçilən millimizin qolkiperi Şahruddin Məhəmmədəliyevə dəstəyini bildirib.
İdmanxeber.az-in məlumatına görə, ötən mövsümün ilk yarısı “Qarabağ”da çıxış etmiş bosniyalı qolkiper İnstaqram səhifəsində “Qapının Şahı!” yazılan şəkil paylaşıb.