Bu gün “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Ferentvaroş”la qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matça təmsilçimizin bu heyətlə çıxacağı ehtimal olunur:
Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Yankoviç, Abdullah Zubir, Riçard Almeyda, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Ovusu Kvabena (Filip Ozobiç)
Qeyd edək ki, “Qarabağ” Bakıdakı ilk oyunda 4 əsas oyunçusu – Kevin Medina, Maksim Medvedev, Kadi və Riçard Almeydanın xidmətindən məhrum olmuşdu. Macarıstandakı qarşılaşmada isə Medina və Medvedevin zədə səbəbindən oynamayacağı dəqiqdir.