“Lex”in “Qarabağ”la oyunlarından sonra oradakı tanışlarımla yazışmışdım. “Qarabağ” haqda yeni heç nə öyrənə bilmədim”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Viktoriya”nın futbolçusu Yan Sikora Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək ilk oyunu haqda danışarkən deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Mən daha çox öz məşqçilər korpusumuzun məlumatlarına arxalanıram. Əlbəttə ki, narahatam. Üçüncü dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək cəhdi alınarsa, şad olaram. İki dəfə bunu “Slaviya” ilə etmişəm”.