“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hücumçu Erlin Haalandın hazırkı durumu haqda danışıb. O, 22 yaşlı norveçlinin son iki oyununda qol vura bilməmisini belə şerh edib:
“Haaland yaxşı formadadır, yorğun olsaydı, Madriddə belə gərgin oyun keçirməzdi. Məncə, onunla hər şey qaydasındadır. Bu mövsüm komandaya verəcəyi hələ çox şey var”.
Mayın 17-də Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” və “Real” arasında cavab görüşü keçiriləcək. Komandaların ilk oyunu 1:1 hesabı ilə başa çatıb.