Kateqoriyasız

AFFA-nın cəzası sürpriz lideri hərəkətə keçirdi

“Sumqayıt”da klubdaxili iclas keçirilib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, toplantıda əvəzedici komandanın baş məşqçisi Samir Abasovun hərəkəti müzakirə olunub.

Hakimləri təhqir etdiyi üçün AFFA tərəfindən 5 oyunluq cəza və 2500 manatlıq cəriməyə məruz qalan Azərbaycan millisinin sabiq futbolçusuna  ciddi xəbərdarlıq edilib və növbəti belə halların baş verməməsi tapşırığı verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43