Ölkə futbolu

Almeyda izlədi, “Qarabağ” məşq etdi

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın altıncı gününü tək məşqlə başa vurub.

İdmanxeber.com-un məlumatına görə, axşam baş tutan məşq yerli saatla 19:00-da start götürüb və təxminən bir saat yarım davam edib.

Dani Kintana fizioterapivt nəzarəti altında fərdi çalışmalarla kifayətlənib. Bu gün komandaya qoşulan yarımmüdafiəçi Riçard Almeyda isə məşqi kənardan izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43