Kateqoriyasız

“Apollon”un baş məşqçisi Cavidin jestindən danışdı

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” səfərdə Kiprin “Apollon” klubu ilə qollu heç-heçə etdi – 1:1.

İdmanxeber.com-un məlumatına görə. Limassol klubunun baş məşqçisi Pedro Emanuel mətbuat konfransında çıxış edərək, oyunla bağlı fikirlərini bildirib.

“Yaxşı rəqibə qarşı oynadıq. Fikrimcə, fantastik oyun alındı. Biz hədəfimizi qorumaq üçün çalışdıq. İki komandanın ifasında yaxşı oyuna şahidlik etdik. Düzü, oyunun nəticəsinə görə məyusam. Buna baxmayaraq futbolçularıma və onların bacarıqlarına inanıram. Hakim bir sıra qərarları verməkdə gecikdi. İlk dəqiqələrdə rəqibin qapısına penalti təyin etməli idi. Bundan başqa Cavid Hüseynovu ədəbsiz jestinə görə cəzalandırmaqdansa, soyunub-geyinmə otağına yollandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43