Ölkə futbolu

Arif Əsədov “Bakı” ilə keçirilən yoxlama oyununu şərh edib: “İnanıram ki,…”

“Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis “Bakı” ilə yoxlama oyunu haqda fikirlərini bildirib:

“Hazırlıq çərçivəsində ikinci oyunumuzu “Bakı” klubuna qarşı keçirdik. Milli komandalara çağırılmış futbolçuların yoxluğunda daha çox gənc oyunçuların xidmətindən yararlandıq. “Qaradağ Lökbatan”la oyunda olduğu kimi bu dəfə də daha çox gənclərə üstünlük verdik. Start heyətində əvəzedici komandadan 2 futbolçunu meydana buraxdıq. Sonradan daha 4 gənc oyunçuya şans verdik. Bu futbolçular “Neftçi”nin gələcəyidir və çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək. Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər. Zamanla onlar da əsas komandanın futbolçuları ilə ayaqlaşacaqlar. İnanıram ki, bu futbolçular yaxın gələcəkdə əsas heyətdə yerlərini möhkəmlədə biləcəklər. Onların simasında ümumilikdə ölkə futbolu da yeni adlar qazana bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43