Kateqoriyasız

“Atletik”in baş məşqçisi: “Rauf Əliyev və Səlahət Ağayevin oyununu bəyəndim”

“Yeni mövsümdə ilk rəsmi oyunumuz idi. Komanda yaxşı oynadı. Hesabın daha böyük olmasını istərdim. Ancaq mərhələ adlamaq üçün bu da yaxşı nəticədir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Atletik”in baş məşqçisi Ernesto Valverde deyib.

Bask klubunun təcrübəli çalışdırıcısı Avropa Liqasının III təsnifat mərhələsində “İnter”ə qalib gəldikləri görüşdən (2:0) sonra cavab matçının çətin keçəcəyini bildirib: 

“İnter” oyunu müdafiədən qurmuşdu. Bu, onlarda yaxşı alındı. Lakin sonda iki qol vurmağı bacardıq. Qələbəyə baxmayaraq hələ mərhələ keçdiyimizi söyləmək olmaz. Cavab matçının çətin olacağını bilirəm. Rəqibin heyətində qapıçı (Səlahət Ağayev), 7 (Nika Kvekveskiri) və 11 (Rauf Əliyev) nömrəli futbolçuların oyununu bəyəndim”.

Qeyd edək ki, “İnter” və “Atletik” arasına cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43