Dünyadan

Futbolçu qana boyandı, Avroliqa matçı yarımçıq dayandırıldı – FOTOLAR

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Kukesi” (Albaniya) – “Legiya” (Polşa) görüşü yarımçıq dayandırılıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb “Kukesi”nin azarkeşləri olub.

Albaniyalı fanatlar “Legiya”nın yarımmüdafiəçisi Ondrjey Duduya daş atıb. Nəticədə daş futbolçunun başına dəyib və oyunçunun başı partlayıb. Futbolçunu meydandan xərəkdə çıxarıblar. 

Görüşün baş hakimi matçı yarımçıq dayandırmaq qərarına gəlib. 

Qeyd edək ki, həmin ana qədər polyaklar hesabda 2:1 öndə idi. Baş verən insidentə görə meydan sahiblərinə böyük ehtimalla texniki məğlubiyyət veriləcək.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43