Dünya futbolu

“Atletiko” hücumçusu ilə yeni müqavilə imzalayır

“Atletiko”nun hücumçusu Antuan Qrizmann komanda ilə yeni müqavilə imzalaya bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun sözləşməsi 2026-cı ildə başa çatsa da, lakin klub artıq fransalı ilə yeni müqavilə imzalayıb. Bundan əvvəl mətbuat Qrizmannın PSJ və “İnter Mayami” ilə maraqlandığını yazmışdı.

Bu mövsüm forvard klubun heyətində bütün yarışlarda 41 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43