“Atletiko” klubu Dieqo Kosta üçün “Çelsi”yə 25 milyon avrodan artıq ödəmək fikrində deyil.
İdmanxeber.com-un məlumatına görə, klub hələ ki, arbitraj məhkəməsinin qərarını gözləyir. Əgər məhkəmə Madrid klubunun transfer etməsinə icazə versə, komanda yeni futbolçular üçün hərəkətə keçəcək. “Atletiko”nun yeni futbolçu almasına icazənin verilib-verilməyəcəyi bilinmir.
Məlumata görə, Kostanın keçidinə əsas maneə transfer məbləğidir. Belə ki, “Çelsi” bir müddət əvvəl onu Çinə 30 milyona satmaq istəməmişdi.