İdman

“Atletiko” “Roma” biletlərini baha, “Qarabağ” biletlərini ucuza satır

“Atletiko”  Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” və  “Roma” ilə qarşı keçirəcəyi son iki ev oyununun biletlərini satışa çıxarıb.
 
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı məlumata görə, Ağdam klubu ilə görüş üçün ən ucuz bilet 10 avrodur. “Roma” ilə oyuna ən ucuz bilet bundan 3 dəfə bahadır.
 
Qeyd edək ki, “Qarabağ”la ev oyunu okyabrın 31-də, “Roma” ilə qarşılaşma isə noyabrın 22-də  keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43